Bazar, 07 İyul

"NATO Əfqanıstanı Tramp və Baydenə görə tərk edib" - Çexiya prezidenti

image

NATO qüvvələrinin Əfqanıstandan çıxarılmasında ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Ağ Evin hazırkı sahibi Cozef Bayden məsuliyyət daşıyır.

Bunu Çexiya prezidenti Miloş Zeman "Blesk" qəzetinin şəbəkə telekanalına müsahibəsində bildirib.

"Qoşunların Əfqanıstandan çıxarılmasının əsas səbəbi bu, iki prezident olub", - Zeman deyib.

Onun sözlərinə görə, Tramp və Bayden Əfqanıstanda hərbi mövcudluğunu saxlamaqda cəsarət göstərməyib.

Zemanın fikrincə, NATO "ABŞ xidmət təşkilatı" olmağı dayandırmalıdır: "Şimali Atlantika Alyansı hazırda təşkilat ABŞ prezidentinin göstərişlərinə uyğun hərəkət edir. NATO-da köklü və dərin islahatlara ehtiyac var. Fransa Prezidenti Emmanuel Makronun dediyi kimi, Rusiya NATO-nun düşməni deyil, NATO-nun düşməni beynəlxalq terrorizmdir".

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15